Botoks ilə qırışların aradan qaldırılması
Yaş ötdükcə və ətraf mühitin zərərli təsirindən dərinin elastikliyi azalır, estetik xüsusiyyətləri pisləşir, hiperfunksional üz qırışları və ya qısa desək üzdə bütün qadınların nifrət etdiyi qırışlar yaranır. Əsasən bu proses dörd sahəni əhatə edir: alın, göz ətrafındakı sahə, burun-dodaq qırışların və boyun.
Bu qırışları azaltmaq vəya yox etmək məqsədi ilə, istifadə olunan ən güvənli və ucuz metod botoksdur. Botoks proseduru dedikdə Botulinum A toksin inyeksiyası nəzərdə tutulur. Clostridia növü bakteriyaları tərəfindən istehsal olunan ən güclü neyrotoksindir.
Botoks xüsusilə alında yaranan horizontal qırışları, qaş çatma zamanı yaranan vertikal qırışları, göz kənarında yaranan qaz ayağı qırışlarını azaltmaq və ya yox etmək və qaşları qaldırmaq məqsədi ilə istifadə olunur.
Botoks qaşları güvənlə və rahatlıqla 5 mm-ə qədər qaldırır. Qaş qaldırmada botoks ən sıx müraciət edilən vasitədir.