

Radiologiya
Mərkəzimizin Radiologiya bölməsində bizim başlıca məqsədimiz pasiyentlərə ən dəqiq diaqnoz qoymaqda yardımçı olmaq üçün yüksək keyfiyyətdə radioloji görüntüləmə xidməti verməkdir. Yüksək ixtisaslı həkim və texniki personalımız son dərəcə keyfiyyətli xidmət göstərməkdədir.
Mərkəzin peşəkar həkim, loqoped və psixoloq kollektivi sizin uşaqlarınızın inkişafdan qalma və bütün əqli xəstəlikləri ilə bağlı effektiv müalicə üsulu tətbiq etməkdədir.
Bölmədə aparılan müayinələr:
Mammoqrafiya
Mammoqrafiya qadınlarda süd vəzilərinin daha aydın, detallı müayinə metodur. Ən kiçik, nəzərəçarpmayan düyünləri, törəmələri, süd vəzi toxumasının ən sıx formasında belə dəyişimləri çox aydın göstərir və həkimlər üçün yekun nəticə qərar verməyə kifayət edir. Lakin hər döşü ağrıyan qadını bu müayinəyə salmırlar. Çünki bu müayinə süd vəzilərini çox şüalandırır.
Ultrasəs müayinəsi (USM)
USM təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən müayinə metodudur. Müayinə orta hesabla 5-30 dəqiqə davam edir. Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanları görüntüləmə üsuludur. Ultrasəs tibbdə əvəzolunmaz bir müayinə üsuludur və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.
Dölün 3D-4D USM Doppler müayinəsi
Günümüzdə ananın və körpənin vəziyyətini obyektiv qiymətləndirməyə imkan verən 3D və 4D doppler müayinə metodları mövcuddur. Digər müayinə metodlarından fərqli olaraq 3D doppler müayinə təxminən yarım saat, 4D isə 45-50 dəqiqə vaxt tələb edir.
Hamiləlik zamanı əlavə diaqnostik müayinə yaxud 3D və 4D doppler yalnız müəyyən göstərişlər olduqda - əsasən körpədə hansısa patoloji halın olduğuna yaxud əvvəlki müayinə və laborator test nəticələrinə şübhə yaranarsa aparılır.
3D və 4D USM demək olar ki, bərabər imkanlara malikdir. 3D daha aydın rəngli, üç ölçülü (en, uzun, hündürlük), həcmli lakin statik görüntü verirsə, 4D-də eyni parametrlərin üzərinə bir də hərəkət parametri əlavə olunur.