• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Nitq pozğunluqları

Müxtəlif səbəblərdən baş verən nitq pozulmalarının müalicə yolları da müxtəlifdir. Orta və yaşlı insanlarda nitq pozğunluqları sonradan meydana çıxan beyin zədələnmələrindən baş verir. Bu zaman o özünü kəkələmə və fikri izah etməkdə çətinlik çəkmə kimi əlamətlərlə göstərir. Uşaqlarda isə nitq pozğunluqları ana bətnində və ya erkən uşaqlıq dövründə mənfi amillərin uşaqğın beyninə təsiri ilə əlaqədar meydana çıxır. Bu mənfi təsirlərə, hamiləlik vaxtı keçirilmiş infeksiya xəstəlikləri, oksigen çatışmazlığı, sinir sisteminin zədələnmələri, doğuş travmaları, doğuşdan sonra beyinə təsir edən patoloji amillər aiddir. Nitq pozğunluqları dizarteriya, afaziya, alaliya kimi növlərə ayrılır. Uşaqlarda nitq pozğunluqları gec danışma, hərfləri və hecaları ifadə edə bilməmək, kəkələnmə, sürətli və düzgün danışmama, autizmlə əlaqədar olan danışıq pozğunluğu, səs pozulmaları şəklinddə özünü göstərir.

► Bu pozğunluqlar özünü ən çox kəkələmə şəklində göstərir. Adətən bu 2-5 yaş arasında olan uşaqlarda meydana çıxır. Beyin səbəbli ağır patologiyalar aşkar edilmədikdə kəkələmə 6 ay müddətində aradan qalxır. Əks halda həmin xəstəyə müalicə təyin edilir. Kəkələməyin müalicəsi xəstənin yaşından və meydana çıxan xəstəliklərin ağırlıq dərəcəsindən asılı olaraq fərqli olur.

► Dizartriya-tez-tez rast gəlinən nitq qüsurlarının bir qrupunun adıdır. O, bir neçə formaya malikdir ki, hərəsidə öz nevroloji və nitq simptomatikası ilə xarakterizə olunur. “Dizartriya” termini ilə nitqin tələffüz tərəfinin pozulmasını təmsil edirlər ki, bu halda da səs tələffüzü və səs axınının prosodik təşkili əziyyət çəkir.

Mərkəzi Sinir Sisteminin zədələnmə səviyyəsindən asılı olmayaraq dizartriya zamanı hər dəfə ekspressiv nitqyaranmanın funksional sisteminin tamlığı pozulur. Bu zaman səsin tonu, ucalığı və gücü tələffüzün ritmik intonasiya səviyyəsi nitq səslərinin fonetik çaları təhrif olunur.Ümumilikdə nitqin fonetik düzülüşü yalnış reallaşır.

Nitqin bu cür patologiyasını əsasən, periferik nitq apparatının əzələ innervasiyasının pozulması ilə əlaqələndirirlər ki, bunun nəticəsində Mərkəzi Sinir Sisteminin orqanik və funksional zədələnməsi ilə şərtləşən əzələ tonusunun neyromotor pozulması baş verir. Neyromotor pozulmalar nitqyaradıcı sistemin fəaliyyətinin patologiyasına səbəb olur.