• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Hıçqırıq hansı xəstəliklərə işarədir?

Hərkəsin qarşılaşdığı bir hal olan - Hıçqırığın nədən yarandığı çoxlarına maraqlıdır. Yemək yeyərkən udqunduqda qida ilə birlikdə bəzən bizdən asılı olmadan hava da uduruq. Bu hava yeməklə birlikdə həzm sisteminə daxil olur. Həzm sistemi bu havanı hıçqırıqla xaric edir.

Havanı udduqda diafraqma dərhal büzüşür və ani, sürətli nəfəs alma baş verir. Bu əsnada boğazımızın yuxarı tərəfində, səs tellərinin yerləşdiyi hissədə qapanma baş verir və buradan keçən havanın qarşısı bir anlıq kəsilir. Bu da boğazımızdan səs çıxmasına səbəb olur. Mədə və diafraqmanın sinirləri bir-birinə çox yaxın olduğundan bu iki orqan bir-biri ilə sıx əlaqədardır. Buna görə, əsasən, yemək yedikdən sonra hıçqırıq başlayır. Həzm prosesi qurtardıqdan sonra isə dayanır.

Mədə reflüksu xəstələrində də hıçqırıq ola bilər. Bu hıçqırıq şikayəti ilə həkimə müraciət edən xəstələr vardır. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olurlar. Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olmaqla rast gəlinir. Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Hıçqırığın fərqli səbəbləri də var.

Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır.

Sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər.

Diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərdə həmçinin hıçqırıq müəyyən olunur.

Hıçqırığı keçirmək üçün praktik təkliflər:
  • Qurtum-qurtum soyuq su içmək;
  • Buzlu su, limon suyu və ya sirkə içməklə, qırtlaqdakı "glottis" spazmı həll edilə bilər;
  • Nəfəsi bacardıqca saxlamaq, diafraqmanı yanıldır və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edilir;

Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir.