

Damar Cərrahiyyəsi
Damar cərrahiyyəsi dedikdə tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsi başa düşülür. Venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkən pasiyentlərin əsas müayinə metodu venaların rəngli doppler ultrasəs müayinəsidir. Cərrahi əməliyyata hazırlaşarkən bu müayinə metodundan keçmək vacib mərhələlərdən biridir. Günümüzdə varikoz damarların müalicəsində Skleroterapiya proseduru daha effektli və sinanmış üsuldur.
Venaların varikoz genişlənməsi zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir, venoz düyünlər əmələ gəlir. Genişlənmiş damarlarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır. Xəstəlik tədricən inkişaf edir. Əsasən səthi dərialtı venalar zədələnir. Genişlənmiş venalar dəri səthinə doğru qabarır. Getdikcə qıvrılaraq düyünlər əmələ gətirir. Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş nahiyələrdə tünd rəngli ləkələr meydana çıxır. Dəri qidalanmasının pozulması trofik yaraların əmələ gəlməsinə səbəb olur. Venaların varikoz genişlənməsi əksər hallarda günün sonuna yaxın aşağı ətrafların ödemi və şişkinliyi ilə müşahidə edilir. Hərəkət edərkən ayaqlarda ağırlıq və dartılma hissi, gecə qıcolmaları və s. xroniki venoz çatmamazlığının əsas əlamətləri hesab edilir.
Damarların varikoz xəstəliyinin inkişafının aşağıdakı səbəbləri vardır:
- İrsi meylilik
- Bədən çəkisinin normal göstəricilərdən artıq olması
- Cinsi mənsubiyyət–kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır.
- Uzunmüddətli statik yüklər və az hərəki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.)
Doppleroqrafiya-Doppler (3D-4D)
Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Onun 3D və 4D Doppler müayinə üsulları ilə üç ölçülü hətta daha detallı məlumat əldə etmək mümkündür.
Doppler effektinə əsaslanaraq yeni nəsil ultrasəs cihazlarında aparılan və hansı ki, əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilən - Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barədə dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gələn patologiyaları aşkar edir. Damarlarda əmələ gələn stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı dopplertoqrafiya vasitəsi ilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barədə dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkarlamaq üçün doppleroqrafiya əvəzsiz bir metoddur
Xalq arasında ``rəngli ultrasəs müayinəsi`` olaraq tanınır Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Həmçinin 3D və 4D Doppler müayinə üsulları ilə daha detallı məlumat əldə etmək mümkündür.
Skleroterapiya
Günümüzdə varikoz damarlarının müalicəsində müasir və təsirli bir üsulu dedikdə ilk ağıla Skleroterapiya gəlir. Bu müalicə üsulu damar boşluğu içərisinə dərman-sklerozant daxil edilməsi ilə həyata keçirilir. Beləliklə bu üsul vasitəsilə varikoz genişlənməyə meyilli olan damarlardan xilas olmaq mümkündür.
Skleroterapiyanın mahiyyəti damar boşluğuna dərman daxil edilməsidir. Bu vəziyyətdə dərman “yapışqan” prinsipi üzərində işləyir. Bu dərman sayəsində zamanla genişlənmiş kapillyar və damarlar tamamilə aradan qaldırılır. Prosedurdan iki-üç həftə sonra, ayaqların dərisində Bu prosedurunun izi ola bilər, lakin bu sonradan keçib gedir. Varikoz damarların Skleroterapiya ilə müalicəsi atravmatik üsuldur. Bu müalicə metodunun sağlam damarlara heç bir təsiri yoxdur. Prosedur orta hesabla 20 dəqiqə çəkir və xüsusi hazırlıq tələb olunmur. Ən əsas üstünlük isə sürətli bərpadır.
Ayrıca, bu üsul varikoz damarların Lazer Ablasiyası və ya Miniflebektomiya ilə əldə edilən nəticəni düzəltmək üçün də istifadə olunur.