• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Mədəmizin düşməni olan qidaları tanıyaq

Artıq hərkəsə məlumdur ki, qeyri-sağlam qidalanma bir çox problemlərə yol açır. Xüsusilə axşam saatlarında çox yemək, yağlı yeməklər qəbul etmək sağlamlığımızın əsas düşmənidir.

Yaşam üçün qida əsas şərtdir. Lakin burada əsas dediyimiz nə olsa yemək deyil faydalı olanı yeməkdir. Ət yeməkləri günorta yeyilsə daha yaxşıdır. Çünki ət gec həzm olunduğu üçün axşam yeyiləndə mədəyə narahatlıq verir. Ümumiyyətlə, uzun müddət eyni qidaların qəbul olunması tövsiyə edilmir. Bu, maddələr mübadiləsinə mənfi təsir göstərir. Ən əsası budur ki, daxil olan kalori ilə sərf edilən kalorinin balansı qorunmalıdır. Yəni, fiziki iş görülməlidir. Bu zaman artıq çəki probleminin qarşısı alınmış olur. Yeməkdən dərhal sonra çay və su içmək olmaz. Bu, mədə şirəsini duruldur və həzm prosesinə mane olur. Mümkün qədər çörəkdən uzaq durmaq məsləhətdir. Az miqdarda kəpək və çovdardan hazırlanan çörək yemək daha faydalıdır.

Mədəmizin düşmənləri:
  • Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz.
  • Uzun müddət ac qalmaq: Az-az amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir.
  • Siqaret çəkmək: Xüsusilə ac qarınına çəkilən siqaret mədə qanaması və xorasını sürətləndirir.
  • Tez-tez yemək yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır.
  • Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur.
  • Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin.
  • Fast Food-lar (hamburger, dönər, sendviç, pizza, səkərli içkilər, kartof fri, çips), ayaqüstü, tez hazırlanan, doymamış yağlardan hazırlanan qidalar.