• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Askaridin fəsadları

Bilindiyi kimi Askaridparazit qurddur və törətdiyi xəstəlik askaridoz adlanır. Askaridoz -ümumi intoksikasiya, ağızda sulanma, xəstələrin yuxuda olarkən dişlərini bir-birinə sürtməsi, üzdə və bədəndə allergik səpgilər, mədə-bağırsaq və digər orqanlarda patoloji pozğunluqlar ilə müşahidə edinən parazitar xəstəlikdir. Askarid uzunluğu 20-40 sm ölçüdə olan, böyüklər və uşaqlar arasında geniş yayılan yumru qurddur. Askarid qurdu nazik bağırsaqda parazitlik edərək, yumurtalarını nəcis vastəsilə xarici mühitə yayır.

Böyüklərə nisbətən uşaqlar 2 dəfə çox askaridoza yoluxur. Qida maddələri, meyvə-tərəvəz və su vasitəsilə askarida yumurtaları sağlam insanların həzm traktına düşərək sürfələrə çevrilib, sürfələr qapı venası vasitəsi ilə qaraciyərə, ürəyə, ağ ciyərlərə sonra isə bronxiollara düşərək, bronxlara keçib udlağa doğru hərəkət edirlər. Xəstə yuxuda olarkən sürfələr udularaq, yenidən bağırsaqlara düşüb yetkin parazitə çevrilirlər.

Yaşlı askarid insanın bağırsaqlarında təxminən 1 ilə yaxın yaşayaraq müxtəlif patoloji proseslərin inkişafına səbəb olur. İlk əvvəllər xəstələrdə halsızlıq, yorğunluq, baş ağrısı, tərləmə, yuxusuzluq, əsəbilik müşahidə edilir. Daha sonra xəstələrdə əzələ-oynaq ağrıları, dəri qaşınması, üzdə və bədəndə allergik səpgilər, quru, əziyyətli öskürək rast gəlinir. Ağır hallarda xəstələrdə ikincili infeksiyanın qoşulması nəticəsində irinli bəlğəm ifrazı, nadir hallarda isə bəlğəmdə qan izləri aşkar edilir. Əksər xəstələrdə mədə-bağırsaq pozğunluğu (ürəkbulanma, qusma, qəbizlik və s.) əsas yer tutur. Bəzən xəstələr qusma zamanı qurdu xaric edirlər.

Askarid öd yollarına daxil olduqda xolangit (öd yollarının iltihabı),xolesestit (öd kisəsinin iltihabı),hepatit (qara ciyərin iltihabı),pankreatit (mədəaltı vəzinin iltihabı), kolit(yoğun bağırsağın iltihabı), bağırsaq keçməməzliyi, bağırsaq deşilməsi, qəbizlik fonunda babasilin inkişafı və kəskinləşməsi, asfeksiya (boğulma) və s. kimi ağırlaşmalarla nəticələnə bilər.