• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Haqqımızda

Labmed Tibb Mərkəzi

Sağlamlıqla qovuşduran

Labmed Tibb Mərkəzi

Labmed Tibb Mərkəzi 2016-cı ildən bəri hər zaman pasientlərinin sağlamlığını və rahatlığını düşünərək fəaliyyət göstərir. Artıq növbəti ilə keçir ki, biz regionda etibar edilən, ixtisaslı və peşəkar kollektivi bir araya yığaraq əhaliyə beynəlxalq standartlara cavab verən tibbi xidmət təklif edirik.

Labmed Tibb Mərkəzi öz tibbi heyətinin peşəkarlığı, ən son müasir tibbi təchizatı, pasiyentlərinin hər birinə fərdi yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə regionda tanınır və öz etibarını qazanmışdır.

  • Ən müasir müayinə və müalicə
  • İxtisaslaşmış həkim heyəti
  • Qonaq həkim-mütəxəssislər
  • ETT tətbiqi
  • Şəffaflıq və Keyfiyyət
  • Etibarlı qayğı

Klinikamız texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunaraq sakinlərimizə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərməyi qarşısına məqsəd qoymuşdur.

Klinikamız kosmetologiya, dermatologiya, ginekologiya, otorinolarinqologiya, terapiya, fizioterapiya, radiologiya, kardiologiya, endokrinologiya, urologiya və revmotologiya sahələri üzrə şikayəti olan pasiyentləri qəbul edir və effektiv xidmət göstərir.

Regionun dünya standartlarına uyğun avandanlıq və cihazlarla təchiz olunmuş klinikası olan Labmed Tibb Mərkəzinin Laborator Bazasında düzgün və dəqiq nəticələr tez bir zamanda əldə olunur. Ən müasir üsullarla mikrobioloji, biokimyəvi, immunoloji, genetik və digər bu kimi analizlər son dərəcə həssaslıq və dəqiqliklə aparılır. Laboratoriyamızda testlər milli və beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq hazırlanır. Ən əsası analizlərin götürülməsi kodlaşdırılmış sistemdə aparılır və alınan informasiyanın sistemə qoşulu vəziyyətdə müdaxiləsiz daxil olunması ilə cavabların həmin sistemdə cihazlar vasitəsi ilə ötürülməsi analitik səhvləri sıfıra endirir.

Tibb Mərkəzimizin nəzdində fəaliyyət göstərən Loqopediya Mərkəzində peşəkar həkim, loqoped və psixoloqlarımız uşaqlarınızın nitqinin normal formalaşması, inkişafdan qalma və bütün əqli xəstəlikləri ilə bağlı effektiv və ən son müalicə üsulu tətbiq edərək son nəticədə onun təfəkkürünün tam inkişafına kömək edirlər.

"Çirkin qadın yoxdur, baxımsız qadın var" - şüarini əldə bayraq tutaraq sizlərə mərkəzimizdə salon və lazer epilyasiya xidmətləri təklif edirik. Burada gözəliyinizə gözəllik qataraq daha baxımlı və cazibədar görünəcəksiniz, parlaq və gözəl dəriyə sahib olacaqsınız. Nəticədə təravətiniz və özgüvəniniz geri qayıdacaq.

image

Missiyamız ən son tibbi texnologiyanı xəstəxanamızda tətbiq etməklə ​​regionda əhaliyə keyfiyyətli tibbi xidmət göstərməkdir. Hər bir insan keyfiyyətli tibbi xidmətə layiqdir. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.

image

Vizyonumuz sağlam cəmiyyət yaratmaq məqsədilə pasiyentlərimizin təhlükəsizliyini ön planda tutaraq, regionda etibar edilən müasir tibb müəssisəsi olmaqdır. Klinikamızda beynəlxalq standartlara uyğun tibbi xidmət və idarəetmə prinsiplərinin bünövrəsini qoymuş və etibarınızı qazanaraq artıq ilkin hədəfimizə çatmışıq.

image

İnkişaf strategiyamız elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək bizə müraciət edən pasientlərimizin müasir tələbatına cavab verən yüksək keyfiyyətli tibb xidmətləri göstərmək. Bu məqsədlə qarşımıza qoyduğumuz məqsədlərin icrası üçün davamlı inkişaf konsepsiyamız mövcüddur.

3215

Pasiyent

152

Prosedur

30

İllik təcrübə

124

Müsbət rəy