
Zavivka
Məlumdur ki, zavivka saç düzümü yenidən dəbə qayıdıb. Mərkəzimizdə edilən zavivka zamanı saçlar korlanmır. Əvvəl zavivka ediləndə buruqlar açıldıqdan sonra mütləq saçlar kəsilməli idi. Bioloji zavivka isə 6 aydan sonra yenidən elətdirmək olar. Çünki saç yanmır.
Rəngsiz, təbii saçlar olarsa, zavivka daha effektli alınar. Ancaq boyalı, hətta açılmış saçlara da zavivka edirik. İlk başdan zavivka 3 gün müddətində yuyulmur. 1-ci həftə saç öz formasını aldığı üçün heç bir şey edilməməlidir. 2-ci həftədən başlayaraq saç yuyulduqdan sonra nəm saçlara arqan yağı və ya serumlu maskalar (tərkibində keratin olmasın) edilir ki, canlı olsun. Qurutmaq üçün isə saçlar daranmalıdır, yalnız əllə yaxud duşda iri dişli daraqla daramaq olar. Zavivkada bir müsbət cəhət də odur ki, buruq olduğu üçün saçda havalanma yaxşı gedir və gec yağlanır. Bu prossedur yağlı saçı olan xanımlar üçün daha çox məsləhət görülür.
Öncə-Sonra





