Plazma terapiya PRP
Günümüzdə kosmetologiyada geniş yayılan prosedurlardan biri də plazmaterapiya (PRP) üsuludur. PRP - “Trombositlə zəngin plazma” mənasını verir. Trombositlər toxumaların fəaliyyətinin yaxşılaşmasında və qanın laxtalanmasında əhəmiyyətli rolu olan qan hüceyrələridir. Plazmaterapiya sayəsində dəri ləkələrinin yüngülləşdirilməsi, sızanaq izlərinin aradan qaldırılması, dərinin daha gərgin, canlı və parlaq görünməsi mümkündür. PRP üzə, boyuna, dekolteyə, əl və ayaq kimi sahələrə tətbiq olunur.
Proses zamanı əvvəl xəstənin öz qanı steril bir mühitdə alınır. Xüsusi bir sentrifuqa cihazında yüksək sürətdə və müəyyən müddətlərdə çevrilir. Ayrılan qan hüceyrələri, bəzi qarışıqlar sayəsində ayrılır. Qanın qırmızı və ağ hüceyrələri dibə çökərkən, trombositlə zəngin hissəsi - plazma ayrılır. Trombositlə zəngin bu plazma, xüsusi bir əməliyyatla müalicə ediləcək bölgəyə mikroiynə yolu ilə tətbiq edilir. Regenerasiya təxminən 30 dəqiqə davam edir.
Prosedur zamanı insanın özq anı istifadə olunduğu üçün tam təhlükəsizdir və heç bir allergik reaksiya vermir.