• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Düzgün çeynəmək

Düzgün çeynəmə ilə mədədə artan turşuluq kimi xoşagəlməz həzm problemlərindən yaxa qurtara bilərsiniz.

Ağızdan təkcə yemiyin dadını almırsınız, həzm prosesi də yeməyi ağıza qoyan anda başlayır. Tüpürcək fermentindən istifadə edərək mürəkkəb karbohidratlar parçalanır və mədə uzun müddət böyük parçaları həzm etməklə yüklənmir.

✔ Düzgün çeynəmə sayəsində daha az yemək yeyəcəyik, lakin yediyimiz yeməkdən daha çox fayda və enerji alacağıq. Kifayət qədər çeynəməklə həzm prosesinə kömək edəcəyimizi nəzərə alsaq, orqanizm həzm üçün çox enerji sərf etməyəcək və yemək yedikdən sonra yorulmayacağıq

✔ Düzgün və hərtərəfli çeynəmək diş ətini də gücləndirir. İnsan nə qədər çeynəsə, bir o qədər tüpürcək əmələ gəlir. Bu isə diş emalının möhkəmlənməsinə, dişlərin səthində qoruyucu təbəqə meydana gəlməsinə, həmçinin udulmuş qidaların daha yaxşı mənimsənilməsinə kömək edir. Bundan əlavə, insanın tüpürcəyinin tərkibində faydalı fermentlər və bioloji aktiv maddələr var.

✔ Düzgün çeynəmə mədə, mədəaltı vəzi və qaraciyərin vəziyyətinin yaxşılaşdırır. İnsan qidanı nə qədər çeynəyirsə, bir o qədər mədə şirəsi istehsal olunur.

▶️ Çeynəmə hərəkətlərinin sayına dair fikir birliyi yoxdur, ancaq orta hesabla bərk qidaları 30 dəfə, maye qidaları 10 dəfə çeynəmək lazımdır. Ağzın sağ və sol tərəfləri ilə növbə ilə çeynəyin ki, yük bütün dişlərinizə bərabər paylansın.