
Manikür-Pedikür
Göz oxşayan manikur hər bir xanım üçün əvəzolunmaz və bir o qədər də vacibdir.
Gellak – aktiv həyat tərzi sürən, vaxtına dəyər verən və eyni zamanda səliqəsindən qalmayan xanımlar üçün əsl çıxış yoludur.
Gellak prosesi zamanı tətbiq olunan gel örtüyü – dırnaq uzanmasının bərpası, gücləndirilməsi və stimulyasiyası üçün nəzərdə tutulan xüsusi maddədir. Bu prosedur nəticəsində dırnaqlar qalınlaşır, daha bərk və parlaq olur. Gellak-dan istifadə davamsız dırnaqlardan, məsaməli dırnaq örtüyündən, dırnaq boyasının tez zamanda silinməsindən canınızı qurtarır.anikür-Pedikür
Şellak- Baxımlı əllər sevən lakin manikura vaxt tapmayan xanımların ən sevdiyi prosedurdur. Xanımları cəlb edən digər səbəb isə şellak örtüyünün parlaqlığı və möhkəmliyidir. Bu gün, dünyada yeganə olaraq dırnaq boyası və gelin hibridi olan Şellak, dırnaqları bərkitmək üçün istifadə olunan vasitələrdən biridir. Şellak – nazik, çatlayan və ya tez sınan təbii dırnaq sahibələri üçün mükəmməl manikür variantıdır. Öz unikal tərkibi sayəsində o həqiqətən təbii dırnaqları bərkidir, dırnaqların sınmasının qarşısını alır və xarici təsirdən etibarlı müdafiə edir.
Forma Gel- Əsl xanım əllərindən bilinir. Onlara baxanda qadının yaşını, xarakterini, vərdişlərini, genlərini və əlbəttə ki, necə qayğı göstərdiyini təxmin etmək olar. Hal-hazırda heç bir qadın özünü manikürsüz təsəvvür etmir. Əslində dəbli manikür günümüzdə lyuks deyil, gözəl görsənmək istəyən hər bir qadının normal istəyidir.
Bu istəyinizdə sizə yardımçı olan Forma Gel və onun dayanıqlı olması hər zaman qadınları cəlb edir. Çünki dırnaq boyaları və dırnağınızın forması pozulmasın deyə, heç bir gündəlik işlərinizdən əl çəkməli olmayacaqsınız.
Zədəli dırnaqların bərpası
Günümüzdə dırnaqların akril tozu ilə qaynağı (bərkidilməsi) kövrək və zədəli dırnaqlara sahib olanlar üçün əla çıxış yoludur. Akril tozu adi gelə qatılaraq hazırlanır və zədəli, kövrək dırnaqlara tətbiq edilir. Akril dırnaqları aşındırmaz, qopmaz və eyni zamanda olduqca gözəl görüntü yaradar. Həmçinin zədəli dırnaqların bərpası üçün mərkəzimizdə akril tozu ilə yanaşı vinil və kağızdan da istifadə edilərək dırnaqların bərkidilməsi həyata keçirilir.
Öncə-Sonra





