• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Miqrendən necə qorunmalı?

Günümüzdə miqrendən demək olar ki, hər kəs şikayətlənir. Birtərəfli güclü ağrılar, ürək bulanması, işığa qarşı həssaslıq, qusma və s. əlamətlərlə özünü biruzə verən miqren ağrılarının qadınlarda daha çox rastlandığı məlumdur. Bəzən isə miqren görmə qabiliyyətinin zəifləməsinə, hətta iflicə də səbəb olur.

Miqren tutmaları 4 mərhələli - prodrom, aura, baş ağrısı və postdrom olur. Hər miqren tutmasında bütün mərhələlər yaşanmaya bilər. Prodrom mərhələsi zamanı xəstədə qəbzlik, qaraqabaqlıq, narahatlıq, aclıq, boyun tutulması, susuzluq, tez-tez əsnəmə müşahidə edilir.

Auralı tutmalarda xəstələrdə toxunma hisslərində gücsüzlük, danışmada pozuntu, görmə qabiliyyətinin azalması, keyimə və s. problemlər müşahidə edilə bilər.

Postdrom mərhələsi zamanı isə xəstə özünü tükənmiş hiss edir.

▪ Miqren yaradan əsas səbəblərin başında genetik faktorlar dayanır. Ailənizdəki fərdlərdən birində miqren varsa, siz də bu xəstəliyin görülmə riski 40 faizdir.

▪ Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Xüsusilə də qadınlarda menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir.

► Miqrenin ən böyük əlaməti bilinən şiddətli ağrılardır. Baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal, qoxu həssaslığı da miqrenin əlamətləri sırasındadır.

✅ Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, xəstəliyi şiddətləndirə biləcək faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar. Məsələn, idman etmək, stressdənuzaq olmaq,düzgün qidalanmaq, yuxuya diqqət etmək və s.Miqrenə uyğun həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektiv olmaya bilər.