• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Uşaqlarda yastıpəncəliyə səbəb olan faktorlar

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Uşaqlarda yastıpəncəliyin əmələ gəlməsinə bir sıra faktorlar, o cümlədən irsi amil təsir edir. Ailədə (yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa, diqqətli olmaq və bu halı daim nəzarətdə saxlamaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır.

Həmçinin düzgün olmayan ayaqqabı seçimi nəticəsində ayaqlara normadan artıq yükün düşməsi, raxitlik yaxud pəncə travmaları da zamanla yastıpəncəliyə səbəb ola bilər.

Yastıpəncəliyin yarada biləcəyi fəsadlar içərisində onurğa sütununa düşən təzyiqin meydana gətirdiyi problemlər əsas götürülür. Hansı ki, gələcəkdə müxtəlif əyriliklərə, hətta skolioza da səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, xəstəliyin profilaktikasını aparmaq, xəstəlik artıq mövcud olduqda isə onu müalicə etmək çox vacibdir.

✅ Valideynlər bilməlidirlər ki, yastıpəncəlik ciddi xəstəlik olub, vaxtında müalicə edilmədiyi hallarda pəncə sümüklərinin güclü deformasiyası, onurğa sütununun müxtəlif əyrilikləri, artrozlar, aşağı ətraf venalarının varikoz genişlənməsinə və digər fəsadlara səbəb ola bilər. Yastıpəncəliyin müalicəsi erkən yaşlarda başlasa, pəncə qövslərini böyütmək mümkün olur. Təəssüf ki, bir qədər böyük yaş dövrlərində bu xəstəlik müalicəyə tabe olmur.