Mezoterapiya
Mezoterapiya bir sıra faydalı elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Bu elementlərə turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlər daxildir. Ağız yolu ilə qəbul edilən, yaxud damarlara iynə və sistem üsulu ilə verilən dərmanların hamısı hər zaman bədənin bütün hissələrinə çatmaya bilər, həmçinin bütün bədəni gəzərək lazımsız orqan, toxuma və əzələ qruplarına da təsir göstərir. Mezoterapiya üsulunda isə dərmanlar mikro iynə üsulu ilə problemli bölgəyə birbaşa vurulur.
Mezoterapiya müalicəsi sellülit, saç tökülməsi, yağlanma və üz cavanlaşması məqsədilə istifadə olunur. Mezo iynələr vurulduğu bölgədə yüngül qançırlara səbəb ola bilər. Lakin belə şikayətlər qısa müddətdən sonra yox olur.
Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.
Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə “anti-aging” (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir.
Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz.