

Loqopediya Mərkəzi
Loqopediya Mərkəzində autizim, daun, kəkələmə, uşaqlar üçün psixoloji xidmətlər, nitqi qüsurlu uşaqlar, xüsusilə nitqi inkişafın ləngiməsi, psixoloji panik atakların aradan qaldırılması xidmətləri göstərilməkdədir.
Mərkəzin peşəkar loqoped və psixoloq kollektivi sizin uşaqlarınızın inkişafdan qalma və bütün əqli xəstəlikləri ilə bağlı effektiv müalicə üsulu tətbiq etməkdədir.
Mərkəzdə göstərilən Loqopedik xidmətlər:

Psixoloji təlim
Psixologiyanın maraqlandığı əsas obyekt birinci növbədə insanın şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə bağlı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir.
Uşaq psixologiyası: İnkişaf üzrə ekspertlərin bu mövzuda apardığı geniş araşdırmaların analizləri 2 ümumi yaş qrupunun xususi önəmini vurğulayır.
1) Erkən uşaqlıq yaşları, əsasən 2-6 yaş qrupu uşaqlar 2) Məktəb yaşında olan uşaqlar, əsasən 6 yaşdan 12 yaşa qədər.
Mütəxəssislərin bu mövzuda araşdırmaları göstərir ki, əsas inkişaf sahələri əzələlərin inkişafı, dərk etmə qabiliyitində dəyişikliklər, danışıq qabiliyyətinə yiyələnmə, yetkinlikdə olan emosiyalar və sosyal fəaliyyətlərdir.
Tibb Mərkəzimizin psixoloji bölməsində uşaqlar və böyüklər üçün, psixoloji xidmətlər göstərilməkdədir.