Keratin
Keratin xüsusilə, çox qabaran, elektriklənən və ya sözə baxmayan saçlar üçün nəzərdə tutulub. Saçları ipək kimi, yumşaq və itaətli edən keratin sayəsində saçların düzləşdirilməsinə sərf olunan vaxt kifayət qədər azalir yaxud heç ehtiyyac olmur.
Uzun müddət fen, saç düzləşdirici vasitələrdən istifadə etdikdə, saçın keratin toxumasında və saçı qoruyan üst təbəqədə yanmalar və toxumaların zədələnməsi baş verir. Buna görə də saç yanır və əl vurduqda parça təsiri bağışlayır. Həmçinin sözə baxmır və fensiz forma ala bilmir. Belə olduqda saça keratin müalicəsi tətbiq edilir. Bu, saçlarınızı düz və yumşaq edər, həmçinin yanmış telləri də müalicə etmiş olarsınız.
Keratinin faydaları:
- Saç işığı daha yaxşı əks etdirir buna görə, saçlar daha parlaq görünür.
- Qabaran saçları düzləşdirir.
- Hər gün saç düzləşdirmək, fenləmək məcburiyyətində qalmaq istəmirsinizsə keratin tətbiq edə bilərsiniz