• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Qanda şəkər kəskin düşərsə ? (Hipoqlikemiya)

Hipoqlikemiya qanda qlükozanın səviyyəsinin azalması deməkdir. Yüngül hipoqlikemiya halları təhlükəsiz hesab olunur. Lakin tez-tez və ağır formada hipoqlikemiya halları təhlükəlidir, bu huşun itməsinə və hipoqlikemik komaya gətirib çıxara bilər.

İnsan beyninin tək enerji qaynağı qlükoza olduğu üçün qlükozasız qan beyini normal qidalandırmır. Adətən beyin düşünərkən, yatarkən, oyaq ikən, hətta yuxu görən zaman enerji qaynağı olaraq qlükozadan istifadə edir. Əgər beynimiz lazım olan qədər qlükoza qəbul eləmirsə "şəkər aclığı" yaşayır. Bu zaman bəzi əlamətlərlə hipoqlikemiya ortaya çıxır

Hipolikemiya insulin və ya şəkərazaldıcı preparatlar qəbul edən şəkərli diabet xəstələrində meydana gəlir.

Hipoqlikemiya qəfil meydana gəldikdə baş beynə kifayət qədər qlükoza daxil olmur və nəticədə o, tam fəaliyyət göstərə bilmir. Xəstədə üşütmə, soyuq tər, aclıq hissi, baş ağrısı, görmənin bulanması, düşünmə konstrasiya qabiliyyətinin zəifləməsi, ürək döyüntüsünün tezləşməsi və digər bu kimi narahatçılıqlar olur.

Hipoqlikemiya bir sira səbəblərdən meydana gələ bilər:
  • Stress keçirmisinizsə
  • Acqarında alkoqol qəbul etmisinizsə
  • Kifayət qədər karbohidrat qəbul etməmisinizə
  • Fiziki yükünüz adi yükdən artıq olubsa
  • İnyeksiya yerini dəyişmisinizsə (məsələn bud yerinə qarın)
  • Qida qəbulunu ötürmüsünüzsə və ya hər zamankından gec yemisinizsə
  • Həddən çox insulin yeritmisinizsə və ya lazim olandan artıq həb qəbul etmisinizsə
  • Hipoqlikemiyanın meydana gəlmə riskini artıran preparatlar qəbul etmisinizsə.

Hipoqlikemik koma tək şəkərli diabet zamanı deyil, insulinoma (insulin ifraz edən toxumasının şiş xəstəliyi) zamanı da baş verə bilər. İnsulinoma zamanı koma qəfildən baş verir.

Hipoqlikemiyanın ilk simptomlarında ailənin bir üzvü dərhal "təcili yardım" çağırmalı, digərləri isə xəstəyə kömək etməlidir. Xəstəyə dərhal 2 tikə şəkər, 1 qaşıq bal və ya şirin mürəbbə, peçenye vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 tikə şəkər qoyun, xəstəni böyürü üstə uzandırın (xəstədə qusma inkişaf edə bilər).