• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Güclü immunitet üçün!

Aktiv həyat tərzi, normal yuxu, sağlam qidalanma ilə streslərdən və pis vərdişlərdən uzaq olmaqla immuniteti daim güclü saxlamaq mümkündür. İmmun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

  • Orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur.
  • Öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələri əvəz etmə işi ilə məşğul olur.
Aşağıdakı qaydalara əməl etməklə immuniteti daha da gücləndirmək mümkündür:
  • Nizamlı və balanslı qidalanın. Xüsusən, A, B, C, E, D vitaminləri və müxtəlif mineralları ehtiva edən qidalar yeyin.
  • Normal yuxu rejiminə əməl edin. Minimum 6-8 saat yatmağa və hər gün eyni saatlarda yatağa girməyə çalışın.
  • Stress və qayğılardan mümkün qədər uzaq olun.
  • Açıq havada mütəmadi şəkildə məşq həm zehni, həm də fiziki baxımdan bədənə müsbət təsir göstərir, eləcə də immuniteti gücləndirir.
  • Həzm sisteminin yaxşı çalışması da immunitetin fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir.
  • Bol su için. Su orqanizmin hüceyrələrinin daha yaxşı işləməsinə təkan verir. İmmuniteti möhkəmləndirmək üçün gündə minimum 1-2 litr su içilməlidir.