• İş vaxtı: B.ertəsi - Şənbə 9.00 - 17.00

Bloq

Labmed Tibb Mərkəzi

Dəri xəstəlikləri nədən yaranır?

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.) Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

► Həmçinin gündəlik olaraq iş yerində, evdə, ictimai həyatımızda yaşadığımız stresslər diqqət və motivasyamıza mənfi təsir etməklə qalmayıb digər bir çox xəstəliklərə də zəmin yaradır. Stressin səbəb olduğu narahatlıqlar siyahısında da dəri xəstəlikləri ön sıralardadır.

Dəridə əmələ gələn hər bir səpgi dəri xəstəliklərinə işarətdir. Bu xəstəliklərə dermotoz adı verilir. Dəri xəstəliklərini bir neçə hissəyə ayırmaq olur. Fiziki səbəblərdirsə bu dermatitlər, ekzema, allergiya, ya da irritativ dediyimiz qıcıqlanmaya bağlı xəstəliklər ola bilər. Mikroorqanizmlərin səbəb olduğu xəstəliklər piadermia qrupuna aiddir. Genetik səbəblərin yaratdığı xəstəliklər, otoimmun xəstəlikləri bunlar hamısı dəridə əmələ gələn xəstəliklərdir.

Dərimizdə yaranan problemlər adətən bizi estetik cəhətdən narahat edir. Həkimə getməyimizin ilk səbəblərindən biri də dərimizdə gözlə görə bildiyimiz problemlərin yaranmasıdır. Lakin əslində dərimizdə yaranan problemlər estetikdən daha ciddi xəstəliklərə işarətdir. Dəridə təsiri görülən bir çox xəstəliklər vardır və bunların bəziləri dırnaq, tər, yağ toxumalarına da təsir edir. Dəri xəstəliklərinin əlamətləri fərqli olsalar da bəzi ortaq cəhətləri var. Dəri problemlərinin görünüşünü rəngi, toxuması və problemli hissənin istilik dərəcəsi dəyişir. Problemlər özünü dəridə qara nöqtələrin, kiçik şişkinliklərin yaranması, dərinin qabıq verməsi, qaşınma, ağrı, yanma hissləri ilə büruzə verə bilər.