

Eşitmə Mərkəzi
Səslər həyatımıza rəng qatan ən əsas nüanslardandır. Lakin təəssüf ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də müxtəlif səbəblərdən eşitmə problemi yaşayan şəxslər çoxluq təşkil edir. Eşitmə zəifliyi həm böyüklər, həm də kiçiklər arasında çox yayılmış problemlərdəndir. Əgər siz də eşitmə azlığı problemi ilə qarşılaşmısınızsa, təşvişə düşməyin və bilin ki, siz tək deyilsiniz.
Eşitmə Mərkəzimizdə-eşitmə itkisinin yoxlanılması və dərəcəsinin müəyyənləşdirilməsi üçün istifadə olunan ən müasir və effektiv müayinə üsulu olan— Audiometriya müayinəsi mövcuddur.
Audiometriya-elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.
Audiometriya, eşitmə səviyyəsinin ölçülməsi və ola biləcək eşitmə zəifliyinin dərəcəsini təyin edir. Müayinə xüsusi qapalı, sakit məkanda aparılır. Eşitmənin dəyərləndirilməsində saf səslərdən istifadə olunur. Test vasitəsilə eşitmə pozulmasının simulyasiyası təyin edilir.
Bu metod vasitəsilə həm uşaqlar həm də böyüklərdə eşitmənin yoxlanılması həyata keçirilə bilər. Audiometriyanın uşaqlar üçün yaş qruplarına əsasən aşağıdakı növləri var:
✔ Saf səs audiometriyası - 5 yaşdan yuxari şəxslərdə qulaqlıqlardan istifadə edərək eşitmə azlığının dərəcəsi və tipi təyin edilir. ✔ Oyun audiometriyası - Az yaşlı (3 - 6 yaş arası) uşaqlarda oyunla şərtlənmiş saf səs audiometriyasıdır. ✔ Davranış audiometriyası - 6ay - 4 yaş arası uşaqlarda sərbəst sahədə səs gücləndiricilərlə saf səslərin göndərilməsinə əsaslanan eşitmə müayinəsidir.