Biorevitalizasiya
Biorevitalizasiya – mezoterapiyanın bir formasıdır. Bu prosedura zamanı dəriyə hialuron yeridilir. Mezoterapiyanın digər növlərində istifadə olunan hialurondan fərqi daha qatı olmasıdır. Biorevitalizasiya -dəri nöqsanlarını aradan qaldırmaq üçün tətbiq onunan profilaktik və korreksiyaedici metodlardan biridir.
Artıq dərinizdə ilkin yaşlanma əlamətlərini hiss edirsinizsə bu prosedura başlaya bilərsiz.
Biorevitalizasiya aşağıdakı hallarda tətbiq olunur:
- Qırışlar
- Susuzlaşmış və quru dəri
- Qeyri-Sağlam dəri rəngi, piqmentasiya, gözaltı tündlük
- Problemli dəri, məsamələrin enlənməsi, yağlı dəri
- Əməliyyat nəticəsində alınan zədələr və ya kimyəvi,lazer pillingdən sonra
Biorevilitasiyanın faydaları:
Əksər kosmetik vastələrin tərkibində hialurin turşusu olur. Çox təəssüf olsun ki, üzə çəkilən zaman o dərinə işləyə bilmir. Buna dərinin epidermisinin buynuz qişası mane olur. Biorevitalizasiya zamanı isə bu turşu dərinin orta və dərin qatlarına-epidermis və dermaya yeridilir, burada regenerasiya qabiliyyətini stimulizasiya edən kollogen və elastin əmələ gəlir. Bu maddələr hüceyrə arası maddənin tərkibini yaxşılaşdırır, dərinin qidalanmasımnı təmin edir və onu nəmləndirir.
Biorevitalizasiyanın nəticısi 3-6 ay müddətində saxlanılır, bəzi hallarda isə bu illərcə davam edir. Dərinin elastikliyi artır, rəngi yaxşılaşır, xırda qırışlar tamamilə hamarlaşır, liftinq effekti hiss olunur.